Bu torpaq sahələri hərraca çıxarılır – QİYMƏTLƏR, SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2 sentyabr 2026-cı il saat 15:00-da keçiriləcək növbəti torpaq hərracları barədə məlumat yayıb.

Məlumata görə, hərraclarda müxtəlif rayon və şəhərlərin bələdiyyələrinə məxsus ümumilikdə 17 torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılacaq. Hərraclarda iştirak etmək istəyən şəxslərin ərizələri 3 avqust – 31 avqust 2026-cı il tarixlərində qəbul ediləcək.

Hərraca çıxarılan torpaq sahələri Siyəzən, Yevlax, Astara, Kürdəmir, Ucar, Şəmkir, Beyləqan, Ağcabədi, İmişli və Zaqatala rayonlarını əhatə edir.

Torpaq sahələrinin əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 15 il müddətinə icarəyə təklif olunur. Bundan başqa, Siyəzən, Kürdəmir və Şəmkir rayonlarında fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300, 600 və 771 kvadratmetrlik üç torpaq sahəsi satışa çıxarılıb.

Hərrac siyahısında ən böyük torpaq sahəsi Ucar rayonunun Boyat bələdiyyəsinə məxsus 24,24 hektar, daha sonra isə İmişli rayonunun Cəfərli bələdiyyəsinə aid 23,25 hektar torpaq sahəsidir. Bundan əlavə, Beyləqan rayonunda 14 hektar, Astara rayonunda isə 5 hektar və digər müxtəlif ölçülü torpaq sahələri də hərraca təqdim olunacaq.

İlkin qiymətlər torpaq sahəsinin təyinatı və ölçüsündən asılı olaraq dəyişir. Satışa çıxarılan fərdi yaşayış sahələri üzrə ilkin qiymətlər 3 204 manatdan 7 710 manatadək, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə illik icarə haqları isə 70 manatdan 5 812,5 manatadək müəyyən edilib.

Torpaq sahələri və satıcı ilə bağlanacaq müqavilə layihələri ilə 1 sentyabr 2026-cı il tarixinədək ƏMDX-nin müvafiq ərazi şöbələrində tanış olmaq mümkündür.

2 sentyabr 2026-cı il tarixində keçiriləcək torpaq hərraclarının siyahısı

1. Siyəzən rayonu, Yenikənd Bələdiyyəsi (Yenikənd kəndi)

  • Torpaq sahəsi: 6 ha (15 il icarə)
  • Qiyməti: 660 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Sumqayıt ərazi şöbəsi

2. Siyəzən rayonu, Həmyə Bələdiyyəsi (Beşdam kəndi)

  • Torpaq sahəsi: 600 kv.m (satış)
  • Qiyməti: 3 204 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Sumqayıt ərazi şöbəsi

3. Yevlax rayonu, Salahlı Bələdiyyəsi (Salahlı kəndi)

  • Torpaq sahəsi: 4,38 ha (15 il icarə)
  • Qiyməti: 700,80 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Mingəçevir ərazi şöbəsi

4. Yevlax rayonu, Tanrıqulular Bələdiyyəsi (Tanrıqulular kəndi)

  • Torpaq sahəsi: 2 ha (5 il icarə)
  • Qiyməti: 280 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Mingəçevir ərazi şöbəsi

5. Astara rayonu, Şahağacı Bələdiyyəsi (Siyəkəran kəndi)

  • Torpaq sahəsi: 2 872 kv.m (15 il icarə)
  • Qiyməti: 70 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Lənkəran ərazi şöbəsi

6. Astara rayonu, Ərçivan Bələdiyyəsi (Ərçivan qəsəbəsi)

  • Torpaq sahəsi: 3,4 ha (15 il icarə)
  • Qiyməti: 680 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Lənkəran ərazi şöbəsi

7. Astara rayonu, Astara Bələdiyyəsi

  • Torpaq sahəsi: 6 000 kv.m (15 il icarə)
  • Qiyməti: 200 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Lənkəran ərazi şöbəsi

8. Astara rayonu, Astara Bələdiyyəsi

  • Torpaq sahəsi: 5 ha (15 il icarə)
  • Qiyməti: 1 500 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Lənkəran ərazi şöbəsi

9. Kürdəmir rayonu, Atakişili Bələdiyyəsi (Atakişili kəndi)

  • Torpaq sahəsi: 300 kv.m (satış)
  • Qiyməti: 3 450 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Ucar ərazi şöbəsi

10. Ucar rayonu, Boyat Bələdiyyəsi (Boyat kəndi)

  • Torpaq sahəsi: 24,24 ha (15 il icarə)
  • Qiyməti: 3 151 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Ucar ərazi şöbəsi

11. Ucar rayonu, Boyat Bələdiyyəsi (Boyat kəndi)

  • Torpaq sahəsi: 3,94 ha (15 il icarə)
  • Qiyməti: 512 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Ucar ərazi şöbəsi

12. Şəmkir rayonu, Çaparlı Bələdiyyəsi (Qədimqala kəndi)

  • Torpaq sahəsi: 771 kv.m (satış)
  • Qiyməti: 7 710 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Qazax ərazi şöbəsi

13. Beyləqan rayonu, Türklər Bələdiyyəsi (Şərq qəsəbəsi)

  • Torpaq sahəsi: 14 ha (15 il icarə)
  • Qiyməti: 1 400 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Beyləqan ərazi şöbəsi

14. Ağcabədi rayonu, Yeni Qaradolaq Bələdiyyəsi (Aran kəndi)

  • Torpaq sahəsi: 6,17 ha (15 il icarə)
  • Qiyməti: 1 357,40 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Beyləqan ərazi şöbəsi

15. İmişli rayonu, Cəfərli Bələdiyyəsi (Muradxanlı kəndi)

  • Torpaq sahəsi: 23,25 ha (15 il icarə)
  • Qiyməti: 5 812,50 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Beyləqan ərazi şöbəsi

16. İmişli rayonu, İmişli Bələdiyyəsi

  • Torpaq sahəsi: 6 ha (15 il icarə)
  • Qiyməti: 3 312 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Beyləqan ərazi şöbəsi

17. Zaqatala rayonu, Gözbarax Bələdiyyəsi (Gözbarax kəndi)

  • Torpaq sahəsi: 1 ha (15 il icarə)
  • Qiyməti: 309 manat
  • Keçiriləcəyi yer: ƏMDX-nin Şəki ərazi şöbəsi
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər