“Bəzən vətəndaşlar notarial qaydada torpaq alır və elə hesab edirlər ki, artıq bu torpaqla bağlı heç bir problem yaşamayacaqlar. Lakin həmin torpaqda ev tikməyə başlayarkən müəyyən olunur ki, bu torpaq kənd təsərrüfatı təyinatlıdır”.
Bunu vəkil Turan Abdullazadə deyib.
Vəkil qeyd edib ki, kateqoriyası kənd təsərrüfatı təyinatlı olan torpaqlarda fərdi yaşayış evi tikmək olmaz.
“Vətəndaş həmin torpaqda fərdi yaşayış evi tiksə də, bu evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış, yəni “kupça” ala bilməyəcək. Odur ki, torpaq alarkən sırf dəyərindən qat-qat ucuz olduğu üçün şirniklənməməyi və diqqətli olmağı tövsiyə edirəm”, – T.Abdullazadə bildirib.