Fevralın 8-dən etibarən Estoniya, Latviya və Litva sinxron şəkildə Rusiya-Belarus enerji sistemindən imtina etməyi planlaşdırır.
Baltikyanı ölkələr “BRELL” elektrik halqasından ayrıldıqdan sonra Avropa enerji sisteminə inteqrasiya olunacaq.
Litvanın energetika naziri Jiqimantas Vayçünas bu addımı ölkəsinin enerji müstəqilliyi uğrunda mübarizəsində sonuncu addım kimi dəyərləndirib.
“Biz Rusiyanı geosiyasi şantaj vasitəsi kimi elektrik enerjisindən sui-istifadə etmək imkanından məhrum edəcəyik”,- Vayçünas bildirib.
Bundan başqa, Avropa İttifaqının Xarici siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas da öz sosial şəbəkə hesabında məlumatı təsdiqləyib.
“Rusiya daha enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlığının və birliyinin zəfəridir”, – Kallas yazıb.