Bu universitetdə təhsil haqqı 1500 manatadək azaldıldı

2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 1000-1500 manatadək azaldılıb.

Bu barədə ATU-dan bildirilib.

Bildirilib ki, dövlət hesabına təhsil alan tələbələrin təhsil xərcləri də dövlət tərəfindən qarşılanır.

“2024-cü il tarixli 120 nömrəli müvafiq qərara əsasən, ixtisasından asılı olaraq dövlət sifarişində təhsil alan hər bir tələbə üçün təhsil xərci 6000–8000 manat məbləğində müəyyən edilib”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üçün ATU-da Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisasları üzrə isə 4500 manat müəyyənləşdirilib.

Beləliklə, ötən tədris ili ilə müqayisədə Tibb və Stomatologiya ixtisaslarında illik təhsil haqqı 1500 manat, digər qeyd olunan ixtisaslarda isə 500 manat azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər