1 C
Baku
Saturday, December 14, 2024

Bu uşaqlara müavinətlərin verilməsi təklif olunur

“Gələn ilin büdcə layihəsi Vətən müharibəsində qələbəmizi möhkəmləndirir, Murovdan Arazadək 400 km-dən artıq, o cümlədən, İranla 132 km-lik sərhəddə güclü hərbi müdafiə sistemi qurmağa, o cümlədən gələn ilin müharibə provokasiyalarına qarşı ordunu gücləndirməyə imkan verir. Təklif edirik ki, yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”.

Bunu bu gün Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, 16 noyabr 2020-ci il tarixi müstəqilliyimizin 30 ilində Qələbə təqviminin növbəti parlaq günüdür: “Prezidentin imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi qərardır. Təklif edirik ki, 19 iyul 2022-ci ildə Ağalıdan başlanan yurda dönüş Böyük Qayıdış günü kimi rəsmiləşdirilsin və dövlət protokoluna daxil edilsin. Bununla bərabər, Hökumət Xankəndi və ətraf 3 bölgədə yeni səngər və təmas xətti quranlara qarşı yalnız hərbi vasitələrlə deyil, ermənilərin Azərbaycan cəmiyyətinə dönüşü və birgəyaşayışına dair planlarını açıq elan etməklə cavab versin”.

Deputat qeyd edib ki, hökumətin Böyük Qayıdış qarşısında mühüm vəzifələrindən biri də 30 illik işğal dövründə doğma torpaqlarından uzaq düşən insanları yenidən əməyə, müqəddəs işə qaytarmaqdır:

“Digər bir məqam, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 2%-dək azalma, 60 yaşdan yuxarı əhalinin sayında 65% artım var. Əhalinin demoqrafik qocalması baş verir. Ona görə də Böyük Qayıdışı həm də demoqrafik artıma çevirməkdən ötrü işğaldan azad edilmiş torpaqlarda doğulan uşaqlara yeni dövlət ödənişləri-Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin, mühüm siyasi qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından asılıdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər