Bu vəkillər Kollegiyaya üzvlük haqqından azad edildi

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti koronavirus epidemiyası ilə bağlı əlavə preventiv tədbirlər barədə qərar qəbul edib.

Kollegiyadan verilən məlumata görə, ölkədə koronavirus infeksiyası ilə əlaqədar vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqqında Nazirlər Kabineti yanında operativ qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq, Vəkillər Kollegiyası Rəyasət Heyəti aşağıdakıları qərara alıb:

– 60 və daha yuxarı yaşlı vəkillər karantin dövründə üzvlük haqqından azad olunsunlar;

– Karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər Kollegiyanın qurumlarında növbətçiliyə cəlb olunmasınlar;

– Bütün vəkillər müvəkkilləri ilə, habelə digər şəxslərlə ünsiyyətdə İKT texnologiyalarından və elektron rabitə vasitələrindən istifadəyə üstünlük versinlər;

– Karantin dövründə müqavilələrin elektron qaydada bağlanılmasına icazə verilsin (müqavilələr imzalandıqdan sonra “skan” edilməklə tərəflər arasında elektron poçt və ya digər elektron üsullarla göndərilməklə);

– Vəkil qurumları iş rejimlərini maksimum dərəcədə məhdudlaşdırsınlar;

– Zəruri hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı və vəkil qurumları vətəndaşlara vəkillərin elektron reyestri vasitəsilə vəkil seçmək imkanlarını izah etsinlər;

– Qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər 60 və daha yuxarı yaşlı vəkillərin icraatında olarsa və bu işlər karantin dövrünə düşərsə, müvəkkilin konfidensiallıqla bağlı razılığı alınaraq həmin işlər vəkil qurumlarının digər vəkillərinə həvalə edilsin;

– Vəkillərə özünüqoruma vasitələrindən – maskalardan, antibakterial mayelərdən istifadə etmələri bir daha bildirilsin;

– Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tanış olmaları üçün bu qərarı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin diqqətinə çatdırsın.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları