Azərbaycan ərazisindən keçən xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı il iyunun 1-dən etibarən 3 il müddətinə yol vergisindən azad ediləcək. Vergi Məcəlləsində edilən son dəyişikliklərdə nəzərdə tutulub.
Qanuna görə, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisi ödənilmir.
Həmçinin, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda yol vergisindən azad edilir.
Report