10 C
Baku
Thursday, November 28, 2024

Bu yanacağın idxalı üçün gömrük rüsumu ləğv edildi

Reaktiv mühərriklər üçün TC-1 markalı və digər markalı yanacaqlar üçün 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Banker.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Eyni zamanda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın aksiz dərəcəsi 2022-ci ilin sonunadək hər tonuna görə 1 manat təsbit edilib.

Bu qərarlar 2022-ci il 31 dekabr tarixinədək qüvvədədir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər