22 C
Baku
Sunday, June 15, 2025

Bu yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır

R-51 M-2 (336 km)-Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər