20 C
Baku
Sunday, June 15, 2025

Bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilir.

Agentlik yolun bağlanmayacağını qeyd edir.

AAYDA səfərləri əvvəlcədən planlamağı və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə almağı tövsiyə edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər