İyulun 17-si saat 00:00-dan etibarən Bakı şəhərinin Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə (1-ci mərhələ – A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələ – M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələ – B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.
Bu barədə “Banker.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.