Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı yollarla bağlı hazırkı vəziyyəti açıqlayıb.
Agentlikdən verilən məlumata görə, sıxlıq müşahidə edilən küçə və prospektlərin siyahısı aşağıdakı kimidir:
Bakı – Sumqayıt şosesi – Xırdalan dairəsindən istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti,
Binəqədi şosesi – Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində,
Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol,
Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində,
Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində,
Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində,
Afiyəddin Cəlilov küçəsi – Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində,
Babək prospektində – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində.