3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bu zavod 2018-ci ildə fəaliyyətini tam dayandıracaq

Heydər Əliyev adına Neft Emalı Zavodunda 2018-ci ilin yay aylarında yeni bitum qurğusu istifadəyə verildikdən sonra “Azneftyağ” zavodundakı qurğular tam istismardan çıxarılacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov “Caspian European Club”un (Caspian Business Club) təşkil etdiyi biznes forumdan əvvəl jurnalistlərə bildirib.

“Hazırda “Azneftyağ” zavodunda bir neçə qurğu fəaliyyət göstərir, onlardan ikisi neftin ilkin emalı ilə məşğuldur. Eyni zamanda, zavodda illik məhsuldarlığı 250 min ton olan bitum qurğusu fəaliyyət göstərir. “Azneftyağ” köhnə zavoddur, keçən ilin yanvar ayından hüquqi olaraq istismardan çıxarılıb, amma bu qurğular hələ istismardadır”, – deyə vitse-prezident qeyd edib.

T.Qəhrəmanov əlavə edib ki, H.Əliyev adına Neft Emalı Zavodunda hazırda sürətli modernizasiya işləri aparılır: “Modernizasiya çərçivəsində yeni bitum qurğusunun inşası prioritet təşkil edir”.

Onun sözlərinə görə, 2018-ci ilin yay aylarında yeni, 400 min tonluq bitum qurğusu istimara veriləcək. Bundan dərhal sonra “Azneftyağ”da hazırda fəaliyyət göstərən qurğular istismardan çıxarılacaq, burada təmizlik işləri aparılacaq və ərazi “Ağ Şəhər” layihəsinə veriləcək.

Report

Son xəbərlər
Digər xəbərlər