27 C
Baku
Saturday, July 27, 2024

Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının yeddinci iclası keçiriləcək.

Komissiyanın fəaliyyət proqramında energetika üzrə ikitərəfli işçi qrupunun görüşü nəzərdə tutulub. Görüşdə Macarıstanı MOL dövlət konserni və “MVM Group” birliyi, Azərbaycanı SOCAR və Azərbaycan Energetika Nazirliyi təmsil edəcək.

Sonra komissiyanın həmsədrlərinin – Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyyartonun və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin görüşü keçiriləcək. Görüş iki ölkənin nümayəndə heyətləri ilə birlikdə geniş formatda keçiriləcək.

Bunun ardınca planlaşdırılan plenar iclasda gündəlikdə duran məsələlər müzakirə ediləcək və komissiyanın fəaliyyətinin gələcək istiqamətləri müəyyən olunacaq. Macarıstanın Əmək Resursları naziri Mikloş Kaşlerlə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin görüşü də nəzərdə tutulub.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər