9 C
Baku
Tuesday, December 3, 2024

Büdcə daxilolmalarının 94%-ni sahibkarların bəyan etdiyi ödəmələr təşkil edib

Azərbaycanda artıq sahibkarlıq subyektləri şəffaflıq göstəricilərinə əməl edirlər.

Bunu Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

“Müsbət haldır ki, dövlət oqranlarının çağırışları və bu kimi forumlar artıq fayda verir. Artıq həm dövriyyələrin ağarmasında könüllü əməl etmə səviyyəsi artıb. Büdcə daxilolmaları 94% səviyyəsində vergi ödəyicilərinin özlərinin bəyan etdiyi ödəmələr hesabına təmin edilib. Bu əvvəlki illərlə müqayisədə müsbət dinamikadır, sahibkarların şəffaflığa, eyni zamanda investisiya qoyuluşlarına da meyl etdiyini deməyə əsas verir”.

N.İmanov həmçinin əlavə edib ki, işğaldan azad edilmiş torpaqlara verilmiş təşviqlər sahibkarlara investisiyalarını ölkəyə yatırım etməklə vergi güzəştlərindən də yararlanmağa imkan yaradır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər