9 C
Baku
Tuesday, November 5, 2024

Büdcə gəlirlərində 500 mln. manat həcmində ikili uçot müəyyən edilib

2022-ci ilin dövlat büdcəsinin icrasına rəyin tərtib edilməsi zamanı dövlət büdcəsi gəlirlərində 500 mln. manat həcmində iki uçotunun aparıldığı müəyyən edilib.

Bu barədə Hesablama Palatasından bildirilib.

Palata qeyd edib ki, 400 mln. manat xərc vahid büdcə təsnifatına (VBT) uyğun aparılmayıb. Bundan əlavə, 44,8 mln. manat bölüşdürülməmiş xərclərin təyinatına uyğun istifadə edilməyən va ya adına uyğun olmayan istiqamətlərdə istifadəsi müəyyən edilib.

Həmçinin, akkreditivə yönəldilmiş və dövlət büdcəsindən kassa icrasına aid edilmiş vəsaitlərdə 170 mln. manat həcmində uyğunsuzluq aşkar edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər