30 C
Baku
Thursday, June 30, 2022

Büdcə kəsri proqnozlaşdırılandan 3 dəfə az olub

2021-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1026,1 milyon manat təşkil edib.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda bildirilir ki, bu, proqnoza nisbətən 2089,9 milyon manat və ya 67,1 faiz azdır.

Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (599,5 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 milyon manat) daxil olan vəsait hesabına həyata keçirilib.

Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar (Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra edilməsi hesabına olub.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər