28 C
Baku
Saturday, July 27, 2024

Büdcə Planlaşdırılması və Təhlil şöbəsinə Mütəxəssis – DəmirBank ASC

DəmirBank ASC Maliyyə Nəzarəti Departamentində Büdcə Planlaşdırılması və Təhlil şöbəsinə mütəxəssis vakansiyası üçün namizədləri seçim prosesinə dəvət edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Gündəlik maliyyə hesabatlarının hazırlanması;
• Mütəmadi olaraq xərclərin təhlilinin həyata keçirilməsi (ABC Costing);
• Struktur bölmələr və məhsullar üzrə mənfəətlik təhlilinin ediməsi;
• Aylıq və rüblük maliyyə nəticələrinin rəhbərliyə təqdim edilməsi;
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
• Təhlillərin aparılması və təqdimatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya menecment sahəsi);
• Maliyyə təhlilinin aparılması qabiliyyəti olmalı;
• Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 12 sentyabr 2016-cı il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Büdcə Planlaşdırılması və Təhlil şöbəsinə Mütəxəssis”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər