TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil
- Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
- MS Office proqramların üzrə biliklər
- Maliyyə menecmeti sahəsində sertifikatlar
- Maliyyə sahəsinə aid qanunvericiliyə dair biliklər
- Nəzarət edə bilmə qabiliyyəti
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Məsuliyyətlilik
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
İŞÇININ VƏZIFƏSI:
- qəbul olunmuş maliyyə menecmenti üzrə siyasətə uyğun olaraq, bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanı, Bankda büdcənin tərtib və nəzarət olunması metodologiyasını və onlara dəyişikliklər və əlavələri hazırlamaq;
- mövcud və yeni məhsul və xidmətlərin maya dəyərini, onların gəlirliliyini hesablamaq;
- qiymət, o cümlədən daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzləri yaradılması üzrə təkliflər hazırlamaq və müvafiq təsdiqdən sonra icra etmək;
- törəmə və ortaq müəssisələrə investisiyaların səmərəliliyinin təhlilini aparmaq və belə investisiyaların səmərəliliyin artırılması üçün İdarə Heyətinə təkliflər hazırlamaq;
- Bankın xərclərinin səmərəliliyini hesablayır və xərclərin səmərəliliyinin artırılması üzrə İdarə Heyətinə təkliflər hazırlamaq;
- Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflər hazırlamaq;
- Bankın maliyyə göstəricilərinin yaxşılaşması üzrə təkliflər vermək, maliyyə vəziyyətinə mənfi təsir göstərən məsələlər üzrə İdarə Heyəti qarşısında məsələ qaldırmaq;
- büdcənin tərtibi və onun icrasına nəzarət, habelə hesabatlılıq üzrə bağlı digər bütün işləri görmək;
- mütəmadi olaraq Bankın maliyyə təhlilini aparmaq və bankdaxili qaydalara müvafiq hesabatları və məlumatları hazırlamaq;
- şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.
CV – ləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.