26 C
Baku
Friday, April 19, 2024

Büdcədən keçmiş prezident və ailə üzvləri üçün ayrılacaq vəsait məlum olub

Gələn il üçün Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün ayrılan vəsait məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün 327 min 170 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər