12 C
Baku
Sunday, October 27, 2024

Büdcədən Naxçıvan M.R.-na ayrılacaq dotasiyanın həcmi artırılıb

Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın həcmi artırılıb.

Banker.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Büdcədən muxtar respublikaya ayrılan dotasiyanın həcmi 378.13 milyon manat olacaq. Bu isə 2020-ci ildə 370.58 milyon manat idi.

2019-cu il üzrə isə bu rəqəm 300.36 mln. manat idi.

Son xəbərlər
Digər xəbərlər