19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar azalır

Screen Shot 2021 09 02 at 14.34.20

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 4,9 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 14,9 milyon manat, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 0,2 milyon manat və ya 2,9% azdır.

Bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsinə qeyd edilir.

Məlumata deyilir ki, azalma dəmir yolları üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən və pandemiya ilə əlaqədar fəaliyyəti qismən məhdudlaşdırılmış “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət büdcəsindən alınmış büdcə ssudasına görə möhlət hüququnun verilməsi ilə bağlıdır.

Qeyd edək ki, dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124,0 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608,0 milyon manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər