6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Büdcənin icrası haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda komitə üzvləri ilə yanaşı dövlət qurumlarının rəsmi şəxsləri də iştirak edib.

Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Daha sonra isə komitə üzvlərinin müzakirəsinə “Kredit ittifaqları haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri (birinci oxunuş) təqdim edilib.

Müzakirələrdən sonra hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər