-
- Kotirovkanın 5000 -50 000 manatadək olmasını təklif edirlər
- Bir maddə üzrə fərqli mövzulu müqavilələrin olması işi çətinləşdirir
- Ən aşağı qiymətin seçilməsi isə keyfiyyətə təsir edir.
Komunal xidmətlərdən başqa, əgər illik smetanız hər hansı maddə üzrə 5000 manatı keçirsə o halda satınalma predmeti sayılır və bununla bağlı həmin maddələr üzrə kotirovka sorğusu verməlisiniz. Düzdür burada bəzi maddələr konkretləşib misal üçün dəftərxana. Amma bəzi maddələr var ki, o maddənin daxilində çox xidmətlər almaq olar. Misal üçün 225413 maddəsinin daxilində bir çox alış və xidmətlər mövcuddur. Təsəvvür edin ki, bu maddədən 5100 manat illik vəsait ayrılıb. Bu halda hər bir xidmət və alış üçün gərək kotirovka soruğusu verəsən. Misal: İdman atları, iş heyvanları və digər heyvanların saxlanılması üçün yem tədarükü və alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların, təhsil proqramlarının alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, doğum, ölüm şəhadətnamələrinin alınması, sənədlərin alınması, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınması üçün ayrı-ayrılıqda kotirovka sorğusu verilir. Bu maddə çox geniş maddədir. Sadəcə bəzi hissələri qeyd olundu. Ən əsası da, aldığın mallar ən aşağı qiymətə olmalıdır. Burda keyfiyət, tez sıradan çıxma əsas götürlmür. Nə alırsan al, ən aşağı qiymətə olsun. Əks halda kotirovka sorğusu üzrə qalib olunmuş təşkilatın təklif etdiyi qiymətlər ən aşağı qiymət olmasa prosedur yenidən keçirilməlidir.
İqtisadçı – ekspert Rauf Qarayev