8 C
Baku
Sunday, November 17, 2024

“Büdcə proqnozu tariflərin artırılması hesabına icra edilməyəcək”

Büdcə proqnozu tariflərin artırılması hesabına icra edilməyəcək.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

“Gömrük orqanlarının qarşısında büdcə proqnozu artırılıb. Amma bu artırılma hər hansı bir tarif dərəcəsinin artırılması yolu ilə deyil. Gömrük dəyərinin düzgün müəyyən edilməsi büdcə proqnozunun yerinə yetirilməsinə imkan verəcək. Faiz etibari ilə isə, bu, növbəti ildə məlum olacaq”.

Şahin Bağırov əlavə edib ki, gömrük tarifləri eyni səviyyədədir, bir sıra hallarda hətta azadolmalar var.

“Bilirsiniz ki, növbəti ildə gömrük rüsumlarından bir sıra azadolmalar var. Bir sıra xamallar, o cümlədən işğaldan azad edilmiş ərazilərə gətirilən mallar gömrük rüsumlarından azad edilib”, – deyə Komitə sədri əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər