Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.
Banker.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
“Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliklərə əsasən, layihədə dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.
Büdcə qaydasında mövcud olan icmal büdcə xərclərinin yuxarı həddinə və xərclənə bilən neft gəlirlərinə məhdudiyyətlərin aradan qaldırılması, əvvəlki qaydada mövcud olan məhdudiyyətin (qeyri-neft baza kəsirin qeyri-neft ÜDM-nə nisbəti) saxlanılması, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti ilə bağlı yeni limitin müəyyən edilməsi nəzərdə tutulub.
Qanun layihəsinə təklif edilən dəyişiklik – icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin tələb kimi nəzərdə tutulması, neft gəlirlərindən xərcləri azaltmadan qeyri-neft ÜDM-nin artımı ilə qaydaya riayət edilmənin mümkünlüyünü də göstərir.