9 C
Baku
Thursday, December 12, 2024

Büdcə təşkilatlarının aylıq maliyyə hesabatı verməsi tələb olunmayacaq

Büdcə təşkilatlarının və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların bu vəsaitlərin istifadəsi barədə müvafiq orqanlara aylıq hesabat vermə vəzifəsi aradan qaldırılır.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qüvvədə olan qanuna əsasən, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatı müvafiq icra hakimiyyəti orqanına, habelə Hesablama Palatasına təqdim edirlər.

Layihəyə əsasən, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatı müvafiq icra hakimiyyəti orqanına, habelə Hesablama Palatasına təqdim etməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər