16 C
Baku
Friday, November 22, 2024

Büdcə vəsaitinin dövlət istiqrazlarına yönəldilməsinin qarşısının alınması üçün təkliflər hazırlanır

Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Nazirlikdən qeyd edilib ki, bununla bağlı təkliflər hazırlanır və nəticə barədə məlumat veriləcək.

Xatırladaq ki, mayın 23-də maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz. Dövlətə məxsus publik hüquqi şəxslərin və ya fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi düzgün hesab oluna bilməz.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər