Büdcə zərfinə daxil olan sənədlərin sayı artır.
Bu, Milli Məclisin 24 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesində proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi təklif olunur.