Azərbaycan Respublikası dövlət büdcəsinin profisiti 2025-ci ilin yanvar-may aylarında 3 milyard 446,2 milyon manat olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Öncəki ayda dövlət büdcəsinin profisiti 3 milyard 3 milyon manat idi.
Məlumata görə, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 7.1 faiz artımla 17 milyard 138 milyon manat olub. Dövlət büdcəsinin xərcləri, 13 milyard 691,8 milyon manat olmaqla illik 1.6 faiz artıb.