17 C
Baku
Friday, October 18, 2024

Büdcədən dövlət müəssisələrinə ayrılan subsidiyalar 25 % artıb

2022-ci ildə Azərbaycanın dövlət büdcəsində subsidiyalar üzrə 1 401.7 milyon manat vəsait icra edilib ki, bu da proqnozla müqayisədə 2.6 % az, 2021-ci ilin icrasına nisbətən isə 1.2 % çoxdur.

Bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilir.

Subsidiyanın əvvəlki illə müqayisədə artımı dövlət müəssisələrinə subsidiyaların 25 % artımı, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyaların isə müvafiq olaraq 26.6 % və 13 % azalması fonunda baş verib.

Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli artımı nəticəsində bu subsidiyaların cəmi subsidiyalarda payı 9.5 % bəndi artaraq 49.8 %-ə yüksəlib və ən yüksək xüsusi çəkiyə sahib olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər