17 C
Baku
Monday, April 29, 2024

Büdcədən İqtisadiyyat Nazirliyinə ayrılan vəsait 10 dəfə azaldılıb

İqtisadiyyat Nazirliyinə 2022-ci il dövlət büdcəsindən ayrılan vəsait azaldılıb.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə ayrılan xərclərin məbləği müvafiq olaraq 54,091,668 manatdan 5,810,010 manata azaldılıb.

Daxili İşlər Nazirliyinə isə yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi üçün 48,281,658.0 manat vəsait ayrılıb.

Qeyd edək ki, digər fərmanla Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etməlidir. Əvvəllər bu sahədə səlahiyyət İqtisadiyyat Nazirliyində olub.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər