2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 259,4 mln. kVt.saat elektrik enerjisindən, 170,3 mln. kubmetr təbii qazdan, 25,9 mln. kubmetr sudan istifadə edilib.
2018-ci illə müqayisədə elektrik enerjisindən 7,8%, təbii qazdan 6%, sudan isə 2,8% çox istifadə edilib.
Hesabat dövründə istifadə edilən təbii qazın dəyəri 33,9 mln. manat, elektrik enerjisinin dəyəri 203,4 mln. manat, suyun dəyəri isə 25,6 mln. manat təşkil edib.
©Report