Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın miqdarı müəyyənləşib.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət büdcəsindən 480 881 000 manat vəsaitin Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya üçün ayrılacağı proqnozlaşdırılır.