0 C
Baku
Wednesday, January 21, 2026

Büdcənin icrası haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər rəsmi şəxslər iştirak edib.

Komitə iclasında deputatlar çıxış edib və müəyyən təkliflərini bildiriblər.

Müzakirələrdən sonra isə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər