14 C
Baku
Saturday, November 16, 2024

“Büdcəyə dəyişiklik olunacaq”

Prezident 2016-cı ilin Azərbaycan üçün uğurlu il olacağına dair əminliyini bildirib.

“Əminəm ki, 2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaq. Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Tovuzçay su anbarının açılışında Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

600@0 (2)
Prezidentin Tovuzda ictimaiyyət nümayəndələri ilə görüşü

Dövlət başçısı bildirib ki, bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir.

“Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi – 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”, – İlham Əliyev bildirib.

 

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər