Büdcədəki qənaətdən işğaldan azad olunan yerlərə xərclənəcək

“2020-ci ilin dövlət büdcəsində yaranan kəsr 48,5 % az olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, kəsrin daralması ilk növbədə fiskal orqanların proqnozdan artıq daxilolmaları hesabına baş verib: “İkincisi isə 330 milyon manat vəsait kreditin bağlanması ilə bizə daxil olub”.

Nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra dövlət büdcəsinin xərclərinin qənaətlə istifadə olunması ilə bağlı qərarlar qəbul edilib: “1 milyard 75 milyon manat vəsaitə qənaət edilib. Hansı ki, bu vəsait işğaldan azad olunmuş yerlərin bərpası üçün nəzərdə tutulub. 284 milyon manat daxil daxilolmalar hesabına kəsr örtülüb”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.