20 C
Baku
Saturday, September 28, 2024

Budda haqqında ibrətamiz hekayə

Günlərin bir günü Budda öz şagirdləri ilə birlikdə buddistlərin rəqiblərinin yaşadığı kəndin yanından keçirdi. Kəndin sakinləri evlərindən çıxır, Buddanı və onun şagirdlərini əhatə edərək onları təhqir etməyə başlayır. Şagirdlər əsəbləşməyə başlayır və onları təhqir edənlərə cavab verməyə hazır idilər, amma Buddanın varlığı sakitləşdirici təsir göstərirdi. 

Lakin Buddanın dediyi sözlər həm kənd əhalinin, həm də şagirdlərin çaşqınlığına səbəb olur.

O üzünü şagirdlərinə tərəf çevirərək deyir:

– Siz məni məyus etdiniz. Bu insanlar öz işlərini görürlər. Onlar qəzəblidirlər. Onlar məni öz dinlərinin, mənəvi dəyərlərinin düşməni hesab edirlər. Bu insanlar məni təhqir edirlər və bu çox təbiidir. Bəs, siz niyə əsəbləşirsiniz? Siz bu insanların sizi idarə etmələrinə niyə icazə verirsiniz? Siz indi onlardan asılısınız. Məgər siz azad deyildinizmi?

Kəndin əhalisi belə bir reaksiya gözləmirdi. Onlar çaşqınlığa düşür və susurlar. Hökm sürən səssizliyə Buddanın onlara etdiyi müraciət son qoyur, o belə buyurur:

– Siz ürəyinizi boşalda bildinizmi? Əgər mənə başqa sözləriniz də varsa, saxlayın onları biz qayıdanda deyərsiniz.

Kəndin əhalisi Buddaya belə cavab verir:

– Biz axı səni təhqir edirik, niyə sən bizə qəzəblənmirsən?

– Siz azad insanlarsınız və etdiyiniz hər bir şey sizin haqqınızdır. Mən buna heç bir münasibət bildirə bilmərəm.

Mən də azad insanam. Heç kəs məni hər hansı bir mövzuya münasibət bildirməyə məcbur edə bilməz, həmçinin heç kəs məni idarə də edə bilməz.

Mən öz hərəkətlərimin sahibiyəm. Mənim hərəkətlərim daxili vəziyyətimdən irəli gəlir.

İndi isə mən sizə bir sual vermək istəyirəm. Qonşu kəndin əhalisi məni qarşılayıb güllər, meyvələr, şirniyyatlar təqdim etmişdilər. Mən onlara dedim:

«Təşəkkür edirəm, lakin biz artıq səhər yeməyimizi yemişik. Bu hədiyyələri mənim xeyir-dualarımla geri götürün. Biz onları özümüzlə götürə bilmərik, çünki qida məhsulları ilə yola çıxmırıq». İndi mən sizdən soruşuram:

«Mənim onlardan qəbul etmədiyim və geri qaytardğım hədiyyələri onlar nə etməlidirlər?»

Kütlənin içindən bir insan deyir:

-Yəqin ki, onlar hədiyyələri evlərinə götürürlər. Meyvələri və şirniyyatları uşaqlarına, ailələrinə paylayır.

Budda gülümsəyir:

– Bəs siz öz təhqir və lənətlərinizlə nə edəcəksiniz? Mən onları qəbul etmirəm. Qonşu kənddə mən hədiyyələrdən imtina etdim və əhali onları geri götürərək evlərinə apardı. Sizin təhqirlərinizdən də imtina edirəm, öz yükünüzü geri götürün, evlərinizə aparın və onlarla nə istəyirsiniz edin.

Son xəbərlər
Digər xəbərlər