10 C
Baku
Cümə, Dekabr 3, 2021

“Bugatti” elektromobil istehsalçısı “Rimac” ilə birləşir

Fransanın “Bugatti” Xorvatiyanın elektromobil istehsalçısı “Rimac” ilə birləşdiyini açıqlayıb. Banker.az xəbər verir ki, tərəfdaşlar sıfır emissiyaya malik hiperkarlar istehsal edəcək “Bugatti Rimac” şirkətini yaradıb.

Yeni avtomobil istehsalçısının baş ofisi Xorvatiyanın Zaqreb şəhəri yaxınlığında yerləşəcək. “Rimac” müəssisədə 55% paya sahib olacaq, qalan 45% isə “Bugatti”nin “Volkswagen” konserni daxilində strateji tərəfdaşı “Porsche”yə keçəcək.

“Rimac” layihəsinin yaradıcısı Mate Rimac direktorlar şurasının sədri təyin edilib. İdarə heyətinə həmçinin “Porsche”nin baş direktorları Oliver Blum və Lutz Meşke də daxil olub.

Həm “Bugatti”, həm “Rimac” öz markaları altında avtomobil istehsal etməyə davam edəcək. Hazırda Fransa şirkəti “Citroen” hiperkarının son partiyasını yığmağa başlayıb. “Rimac”a gəlincə, xorvatlar hazırda 2021-ci ilin iyununda təqdim olunan “Nevera” hiperkarının istehsalına başlayırlar.

Ümumilikdə cəmi 150 avtomobil yığılacaq, onların hər biri şəxsən Mate Rimac tərəfindən yoxlanılacaq. Qeyd edək ki, hiperkarların qiymətləri 2 milyon avrodan başlayacaq.

Son xəbərlər
Oxşar xəbərlər
X