9 C
Baku
Monday, December 23, 2024

Bugatti Veyron haqqında ən maraqlı faktlar

Bugatti avtomobillərinin əyləcini təyyarələr üçün əyləc sistemləri istehsal edən şirkət hazırlayır.

Bugatti avtomobilləri sürət sensoru ilə avtomatik hərəkətə gələn xüsusi qanadlara sahibdir.

Bu avtomobillərin dizaynı aerokosmik dizaynerlər ilə birgə yaradılıb.

Bugatti avtomobilləri V formalı 8 silindrli mühərrikə sahibdir. Birlikdə isə 16 silindr təşkil edir ki, bu da şəhərdə rahat hərəkət etmək imkanı yaradır. Mühərrik titandan hazırlanıb və 3500-dən çox hissədən ibarətdir.

Müxtəlif qiymətləndirmələrə görə mühərrikin əsl gücü 1020-1040 və 1006-1026 at gücünə bərabərdir. Lakin qarışıqlığın qarşısını almaq üçün Bugatti Automobiles S.A.S. mühərrikin gücünün 1001 at gücünə bərabər olduğunu elan etdi.

İlk Bugatti Veyronun 300 km/saatla test sürüşü zamanı onun borusundan 2 metr uzunluğa sahib alov yüksəlmişdi. Bunu olduğu kimi saxlamaq istəsələr də bu qanunsuz idi. Bunun üçün unikal soyutma sistemini yaratmaq lazım gəlmişdi.

Bu avtomobillərdə cəmi 17 saniyəyə 300 km/saatı yığmaz mümkündür.

Vehicles bugatti%20veyron 437015

Bugatti iki əyləc sisteminə malikdir: birincisi mexanik (təkərlərdə), ikincisi aerodinamik (qanad).

407 km/saat sürətlə gedərkən Bugattinin dayanması üçün cəmi 10 saniyə lazımdır.

Bugatti şirkəti yeni təkərlər yaratmalı oldu. Çünki hələ heç kim 400 km/saatdan çox sürətə tab gətirəcək təkərlər yaratmamışdı.

Arxa təkərlərin eni 37 santimetrdir.

Avtomobilin yanacaq çəninin ölçüsü isə 100 litrdir, çünki Bugatti “yeməyi” çox sevir.

Bugatti-də bütünlüklə hər şey əl vasitəsilə yığılır.

Son xəbərlər
Digər xəbərlər