Bu ilin yanvar-may ayları ərzində Azərbaycana ümumi dəyəri 99 milyon 809 min ABŞ dolları dəyərində 392 214 ton buğda idxal edilib.
Banker.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 5 ayında Azərbaycana idxal edilən buğdanın dəyəri 34%, həcmi isə 15% artıb.
Qeyd edək ki, bu ilin yanvar-may ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2.27%-nə bərabər olub.