12 C
Baku
Sunday, October 27, 2024

Buğda qiymətləri son 5 ayın maksimumunu yeniləyib

Qara dəniz regionundan tədarükün azalması qorxusu fonunda buğdanın qiyməti fevralın ortalarından bəri maksimum səviyyəyə çatıb. Çikaqo buğda fyuçersləri təxminən 2.6% artaraq 7.7725 dollar/buşel olub.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Rusiyanın taxıl sazişindən çıxması ilə əlaqədar son vaxtlar buğda bahalaşır. “Financial Times” yazır ki, qiymət artımı Odessa vilayətində obyektlərə hücumlar barədə xəbərlərdən sonra güclənib.

Qlobal buğda tədarükünün təxminən 30%-i Rusiya və Ukraynanın payına düşür.

“Trading Economics” qeyd edir ki, eyni zamanda, ABŞ-ın bir sıra əsas kənd təsərrüfatı regionlarında quru hava ölkədə taxıl məhsulu ilə bağlı proqnozların pisləşməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər