26 C
Baku
Saturday, July 27, 2024

Buğdanın qiyməti rekord yenilədi

Buğdanın qiyməti bahalaşmaqda davam edir.

Banker.az Amerika və Avropa birjalarındakı göstəricilərə istinadən xəbər verir ki, hazırda 1 buşel (1 buşel = 35.23 litr, yaxud 27 216 kq) buğdanın qiyməti 6.6% artaraq 1 209.12 sent (1$=100 sent) təşkil edir.

Qeyd edək ki, buğda istehsalında əsas payçılar olan Rusiya və Ukrayna arasında gedən müharibə bu qiymət artımına təsir edən başlıca amildir.

Son xəbərlər
Digər xəbərlər