14 C
Baku
Wednesday, October 15, 2025

Buğdanın qiyməti son beş ilin minimum səviyyəsinə düşüb

Buğdanın dəyəri 2020-ci il 13 avqustdan bəri ən aşağı səviyyəyə enib. Çikaqo Əmtəə Birjasının məlumatına görə, dekabr fyuçersi üzrə buğdanın qiyməti Bakı vaxtı ilə saat 14:30-a olan məlumata əsasən 0,75% azalıb və 1 buşel üçün 4,93 dollar (təxminən 1 ton üçün 181,15 dollar) təşkil edib.

“Bloomberg” yazır ki, birja qiymətləri artıq dörd gün ardıcıl eniş göstərir və 14 oktyabrda son beş ilin ən aşağı səviyyəsinə düşüb. Buna təchizat perspektivlərinin yaxşılaşması və ABŞ ilə Çin arasında ticarət gərginliyinin yenidən artması səbəb olub.

10 oktyabrda “İnterfaks” “SovEkon” analitik şirkətinə istinadən xəbər verib ki, qurum Rusiyada 2025-ci il üçün buğda məhsulu proqnozunu 87,2 milyon tondan 87,8 milyon tona qaldırıb. Proqnozun dəyişdirilməsinə Sibirdə rekord məhsuldarlıq səbəb olub.

26 sentyabrda məlum olub ki, 2025-ci ilin iyul–sentyabr dövründə buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% azalaraq 10,9 milyon ton təşkil edib. Bu, 2022–2023 mövsümündən bəri ən aşağı göstəricidir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, 2025-ci ildə buğda istehsalı 90 milyon ton olacaq və ildə 9% artım göstərəcək.

Son xəbərlər
Digər xəbərlər