8 C
Baku
Thursday, December 12, 2024

Buğdanın qlobal qiymətləri tarixi maksimumu təzələyib

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda buğdanın qiymətləri son 14 ilin maksimal həddinə çatıb.

Bu kənd təsərrüfatı məhsulunun qiyməti 1 kiloqram üçün 0,33 ABŞ dollarını keçib.

Məlumata görə, bahalaşma Ukraynanın Qara dəniz limanlarından kommersiya tədarükünün dayanması ilə əlaqədardır. Belə ki, bu ölkənin payına Rusiya ilə birlikdə qlobal buğda ticarətinin təxminən üçdə biri, günəbaxan yağı ixracının 80 %-i, yemlik qarğıdalının ixracının 19 %-i düşür.

Xatırladaq ki, daha əvvəl Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Ukraynada baş verənləri “fəlakətin zirvəsindəki fəlakət” adlandırıb. “Yaxın Şərqə tədarük edilən buğda və taxılın yarısı Rusiya və Ukraynadan gəlir”, – o qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər