14 C
Baku
Sunday, November 24, 2024

Bugünədək sahələrdən 11 min tondan çox çəltik yığılıb

Azərbaycanda çəltik biçini başa çatıb. Banker.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edir. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib.

Bugünədək sahələrdən 11558 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur.

Bu il respublikada 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub. Əkin sahəsi isə 94 ha artıb.

Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir.

 

Son xəbərlər
Digər xəbərlər