15 C
Baku
Friday, April 26, 2024

Bugün 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada “Radisson Collection” hotelində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, tədbir Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Roskonqress Fondu tərəfindən təşkil olunur.

Tədbirdə Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər.

Nümayəndə heyətinin üzvləri “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı əməkdaşlığın perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” kimi mövzularına həsr olunmuş “dəyirmi masa”lar çərçivəsində işlərini davam etdirəcəklər.

Forum iki gün davam edəcək.

Sonuncu gündə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində kompleks bərpa işlərindən sonra “Azərbaycan” pavilyonunun açılacağı planlaşdırılır.

Təntənəli mərasim Foruma qatılan ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə keçiriləcək.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər