17 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Bugündən Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə minir

Screen Shot 2021 09 02 at 14.34.20

Sabahdan Nazirlər Kabinetinin qərarına əsasən artıq yeni məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.

  1. Şadlıq sarayları
  2. Sağlamlıq-idman kompleksləri
  3. Restoranlar
  4. Kafelər

Gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələb olunmayacaq. Çünki onlar eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar hesab olunmur.

Qərarda COVID pasportu tələbinin iri ticarət mərkəzlərinə şamil olunması da onu deməyə əsas verir ki, pasportu olmayanlar kiçik mağazaların xidmətindən istifadə edə biləcək.

Bəzi məkanlarda müştərilərin girişi üçün məhdudiyyət olmasa da, bu heç də o demək deyil ki, həmin məkanlarda çalışanların da pasportsuz giriş-çıxışına imkan veriləcək.

Belə ki, qərarda bu iş yerlərində əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:

Bütün tibb və əczaçılıq müəssisələrinin

Bütün elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq)

Eləcə də digər dövlət orqanlarının.

Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.

Qeyd edək ki, “Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək”. Bu barədə açıqlamanı Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əgər hər hansı qayda pozuntusu aşikar edilərsə məsuliyyəti həmin obyektin sahibi daşıyır.

“Polislər bu işə ciddi nəzarət həyata keçirəcək: Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar”.

İnzibati Xətalar Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər