“Bugünkü hərrac sistemi effektiv çalışmır”: Bank rəhbəri təklif irəli sürdü

0

“Bu günədək Azərbaycan maliyyə sektorun qeyri-işlək aktivlərin dəyəri 10 mlrd manat üzərindədir. Bu bizim iqtisadiyyat üçün olduqca böyük yükdür”.

Bunu Azərbaycan Banklar Asossiasiyasının (ABA) sədri  (həmçinin “RabitəBank” ASC-nin Müşahidə Şürası sədri) Zakir Nuriyev bu gün Bakıda keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi adlı tədbirdə bildirib. Məlumatı isə Report Agentliyi yayır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, bu yükün ədalətli bir şəkildə həll edilməsi olduqca vacibdir.

“Bugünkü hərrac sistemi effektiv çalışmır. Bu hərrac sistemi hökmən elektron hərrac sistemi ilə əvəz edilməlidir. Bu həm şəffaflığın artırılmasına, həm də maksimum iştirakçıların müəyyən edilməsinə şərait yaradar, eyni zamanda iqtisadi dövriyyədən kənar olan real aktivlərin real dövriyyəyə cəlb olunmasına şərait yaradar. Çünki qeyd etdiyimiz 10 mlrd həcmində qeyri-işlək aktivlər həm bağlanmış bankların, həm fəaliyyətdə olan bankların balansında, eyni zamanda Beynəlxalq Bankın ötürülmüş aktivlərində mövcuddur. Hesab edirik ki, bunların daha şəffaf həll edilməsi üçün mütləq elektron hərrac sistemi yaradılmalıdır. Bu məsələyə təkcə hüquqi məsələsinin təkmilləşdirilməsi kimi deyil, həm də iqtisadi artımın elementi kimi baxmaq lazımdır. Hərracın yaradılması ilə biznesin üzərinə düşən yükün azaldılmasına nail olarıq”, – Z.Nuriyev vurğulayıb.