Bu gün keçirilən növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib.
ARDNF bügünkü hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib.
Qeyd edək ki, sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq sabah, martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir.
Report